Naftalanda kişi dəm qazından zəhərlənib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən evlərinin birində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü A.Əsgərzadə zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, 36 yaşlı kişi yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Faktla bağlı araşdırma aparılır.
