Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Media və Kommunikasiya Şöbəsinin Multimedia sektorunun müdiri Günel Gözəlova vəzifəsindən azad olunub.

Heftelik.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı AHİK sədri Sahib Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, o öz ərizəsilə tutduğu vəzifədən azad edilib.
G.Gözəlova ötən ilin avqustunda bu vəzifəyə təyin olunmuşdu. O, əvvəllər Lider TV-nin aparıcısı olub.