
“Kəpəz”in futbolçusu Veysəl Rzayev Gəncədə bıçaqlanıb.
Klubdan Heftelik.az-a verilən xəbərə görə, yarımmüdafiəçi xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, futbolçunun vəziyyəti ağırdır, amma həyati təhlükəsi yoxdur
Hadisənin hansı zəmində baş verdiyi isə bildirilməyib.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin regional qrupundan bildirilib ki, faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Əməli törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.
***
saat 09.11
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini 2002-ci il təvəllüdlü V. Rzayev qarın bolluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə bıçaqlanan şəxs “Kəpəz” futbol klubunun oyunçudur.
Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
