Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric edilib.

Heftelik.az xəbər verir ki, bu barədə APA-ya AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.

O qeyd edib ki, 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin Birlikdən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq edilibmiş: “Xəbərdarlıqdan sonra 2020-ci ildən bəri üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib. Bu barədə həmən şəxslərə bildiriş göndəriləcək”.

Xəyal Rza 2020-ci ilə qədər olan üzvlük haqqı borclarının bir müddət əvvəl sıfırlandığını da vurğulayıb.