“Qarabağ” yeni transferi Jeremi Qnali üçün Kiprin AEK (Larnaka) klubuna ödədiyi məbləğ açıqlanıb.

Heftelik.az xəbər verir ki, tanınmış “transfermarkt” portalı Ağdam təmsilçisinin fransalı sol cinah müdafiəçisi üçün 100 min avro  (200 000 manat) ödədiyini yazıb.

23 yaşlı futbolçunun bazar dəyəri 450 min avrodur. “Köhlən atlar” fransızla 2,5 illik müqavilə imzalayıb.