Zonaların qoruyucu konstruksiyaları tüstükeçirməyən olmalı və qapılar özü bağlanan qurğularla təmin edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.

Ventilyator və havalandırma sistemləri təzyiq altında işləməlidir. Elektrik təchizatı və siqnal sistemi etibarlı olmalıdır. Bu tədbirlər yanğın zamanı effektiv xilasetməni təmin edir.