Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb.

Heftelik.az  istinadla xəbər verir ki,bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) mətbuat katibi Pərvanə İmanova məlumat verib.

Qeyd edilib ki, ölkədə qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün limanlara giriş və çıxış bağlıdır. Yerli və xarici bayraq altında üzən gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara yerləşdirilib.