Fevralın 2-də Bakının Nizami rayonunda ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İsmayıl Məmmədov küçəsində yerləşən mənzildə qeydə alınıb.
Zərərçəkənin anası hadisənin başqa bir şəxs tərəfindən törədildiyini bildirsə də DİN-dən sorğumuza cavab olaraq bildirilib ki, 1977-ci il təvəllüdlü Haşımov Rüfət Arif oğlu mübahisə zamanı həyat yoldaşını döyüb.
Bunu görən onların 15 yaşlı qızı bıçaqla Rüfət Haşımova xəsarəti yetirib. Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Baş Prokurorluqdan bildirilib ki, fevralın 2-i 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində bir gün sonra müalicə aldığı xəstəxanada ölüb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.
