Dəm qazından daha bir ölüm

04 Fevral 2026, 11:49

Bakıda 64 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki,  hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Əlövsət Ələsgərov yaşadığı R.Quliyev küçəsindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.