Gəncədə futbolçunu bıçaqlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Heftelik.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Veysəl Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bıçaqlanan şəxs “Kəpəz”in futbolçusu Veysəl Rzayevdir.
