Bir neçə gün əvvəl Pakistanın Bəlucistan vilayətində törədilmiş koordinasiyalı terror hücumları nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.

Heftelik.az Reuters-ə istinadən xəbər verir ki, ölənlərdən 22-si polis, qalanları isə mülki şəxslərdir.

Məlumata görə, Pakistan təhlükəsizlik qüvvələri separatçı “Bəlucistan Azadlıq Ordusu”na qarşı cavab tədbirləri görüb. Nəticədə indiyədək azı 197 terrorçu zərərsizləşdirilib.

Eyni zamanda, terrorçularla mübarizəyə dronlar və helikopterlər də cəlb edilib.

Qeyd edək ki, ötən həftəsonu Bəlucistanın bir sıra bölgələrində kamikadzelər və silahlı şəxslər koordinasiyalı şəkildə terror aktları törədiblər, hücumların hədəfi polislər və mülki şəxslər olub.