Yüksək binalarda helikopter və xilasetmə kabinələri üçün meydançalar layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.
Hər 1000 m² dam sahəsinə ən azı bir meydança nəzərdə tutulur. Meydançalar 5×5 m-dən kiçik olmamalıdır və maksimal mailliyi 8°-dir. Dam səthi maneəsiz və helikopter yüklərinə davamlı olmalıdır.
