Ağır cinayətlər məhkəməsində sədr müavininin funksiyaları qanunla dəqiqləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Sədr müavini məhkəmə iclaslarına sədrlik edir və sədrin tapşırıqlarını icra edir.
Sədr olmadıqda və ya vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir.
Qanunvericiliklə ona aid edilmiş digər səlahiyyətləri də həyata keçirir.