Apellyasiya məhkəməsi sədr müavini məhkəmə iclaslarında sədrlik edir və sədr tərəfindən müəyyən edilən məsələləri həll edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Sədr müavini sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir.
Sədr olmadıqda və ya vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir.
Qanunvericiliklə ona aid edilən digər səlahiyyətləri də icra edir.