Binalar təyinatından asılı olmayaraq müxtəlif rabitə və əlaqə sistemləri ilə təmin olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.
Buraya ümumi və dispetçer telefon rabitəsi, əməliyyat və fövqəladə rabitə sistemləri daxildir. Eyni zamanda təhlükəsizlik, texnoloji və radioəlaqə sistemləri nəzərdə tutulur. Kabel televiziyası və avtomatlaşdırılmış idarəetmə sistemləri də binalara inteqrasiya edilməlidir.
