Bu halda qanun səsə qoyulur

06 Fevral 2026, 01:11

Azərbaycan Respublikasının Prezidenti qanunda dəyişikliklər edilməsi təklifi ilə onu Milli Məclisə qaytararsa, bu təklif birinci səsə qoyulur.
Heftelik.az-ın məlumatına görə, bu, Milli Məclisin Daxili Nizamnaməsində əksini tapıb.
Zəruri səs çoxluğu toplandıqda qanun Prezidentin təklif etdiyi dəyişikliklərlə qəbul olunmuş sayılır.
Əgər tələb olunan səs çoxluğu alınmazsa, qanun redaktədə saxlanılması üçün səsə qoyulur.