Azərbaycan Respublikasında məhkəmələrin yalnız qanunla təsis edilməsi prinsipi təsbit olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, fövqəladə məhkəmələrin və qanunla nəzərdə tutulmayan digər məhkəmələrin yaradılması qadağandır.
Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi üçün qeyri-hüquqi üsullardan istifadəyə yol verilmir.
Bu tələblər məhkəmə hakimiyyətinin sabitliyini və hüquqi təhlükəsizliyi təmin etməyə yönəlib.