Azərbaycan Respublikasında ədalət mühakiməsini həyata keçirən məhkəmələrin dairəsi müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Bu siyahıya rayon, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələri daxildir.
Həmçinin apellyasiya məhkəmələri və Ali Məhkəmə də məhkəmə sisteminə daxildir.
Qanunla müəyyən edilmiş hallarda digər məhkəmələrin yaradılması da mümkündür.