İkinci oxunuşda qəbul edilmiş qanun layihəsi müzakirə zamanı müəyyən edilmiş daxili ziddiyyətlərin aradan qaldırılması üçün aparıcı komitəyə qaytarılır.
Heftelik.az-ın məlumatına görə, bu, Milli Məclisin Daxili Nizamnaməsində əksini tapıb.
Komitə redaktəni tamamladıqdan sonra üçüncü oxunuş üçün qanun layihəsini Milli Məclisin sədrinə təqdim edir.
Milli Məclisin Sədri layihəni üçüncü oxunuş üçün iclasın gündəliyinə salır.