Cinayət törətmiş narkoloji xəstələr barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Narkoloji xidmət və nəzarət haqqında” qanunda əksini tapıb.
İnzibati həbs tənbeh növü tətbiq edilərkən narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məcburi müalicə təyin edilir. Məcburi tədbirlər şəxsin davranış və hüquq pozuntularına görə fərqləndirilir. Məcburi tədbirlər Mülki Prosessual və Cinayət Məcəlləsi ilə müəyyən edilir.
