Milli Məclisin iclaslarında iştirak edən şəxslər parlament etikasına riayət etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, Milli Məclisin Daxili Nizamnaməsində əksini tapıb.
İclas iştirakçıları çıxış edənlərin sözünü kəsməməli və iclasın normal gedişinə mane olmamalıdırlar.
Həmçinin insanın şərəf və ləyaqətini alçaldan kobud və təhqiramiz davranışlara yol verilməməlidir.