Narkoloji xidmət sahəsində həyata keçirilən sosial tədbirlər narkoloji xəstələrin və onların ailələrinin rifahını qorumağa yönəlib.

Heftelik.az-ın məlumatına görə, bu, “Narkoloji xidmət və nəzarət haqqında” qanunda əksini tapıb.

Bu tədbirlər valideyn qayğısından məhrum olan uşaqlara sosial dəstək, hüquqların qorunması və müvəqqəti sığınacaq təminatını əhatə edir. Eyni zamanda, narkoloji xəstələrin cəmiyyətə reinteqrasiyası üçün iş yerləri və peşə bilikləri ilə təmin olunması da nəzərdə tutulub. Sosial tədbirlər vahid dövlət proqramı əsasında həyata keçirilir.