Xəbər verdiyimiz kimi, Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib.

Heftelik.az “Unikal”a istinadla xəbər verir ki, liseyin rəhbəri Mönsüm Alışov açıqlamasında hadisənin səbəbini deyib:

“Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib”.

Xəsarət alan qadın riyaziyyat müəllimi Ş.K Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti ilə bağlı yaxın dəqiqələrdə açıqlama veriləcək.

APA isə müəllimin vəziyyətinin ağır olduğu, hazırda  əməliyyata hazırlandığı barədə məlumat yayıb.

***

saat 10.53

Bu gün saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib.

Daxili İşlər Nazirliyindən Heftelik.az-a verilən xəbərə görə,  atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.