Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Heftelik.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, Vüsal Nəsirli bundan öncə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub.
