Tovuzda yanğın hadisəsi baş verib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.
Yanğın baş verən evdə 1942-ci il təvəllüdlü C.Kazımovun meyiti aşkarlanıb.
1942-ci il təvəllüdlü C.Kazımovun dəm qazından zəhərləndiyi, daha sonra huşsuz halda yanan sobanın üzərinə yıxılaraq yanıq xəsarətləri alaraq öldüyü bildirilir.
