Yüksək binalar üçün layihə-axtarış sənədlərinin geotexniki ekspertizası aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.

Ekspertizaya tikinti meydançasının geotexniki, geoekoloji və hidrometeoroloji mürəkkəbliyinin qiymətləndirilməsi daxildir. Tədqiqatlar binanın potensial təhlükəsini və ətraf mühitə təsirini müəyyən edir. Zərurət olduqda xüsusi tədqiqatlar aparılır.