Bakıda liseydə şagirdin güllələdiyi müəllim palataya köçürülüb, vəziyyəti stabildir.
Heftelik.az-ın xəbərinə görə, Kliniki Tibbi Mərkəzdən bildirilib ki, 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.
Hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
