Ağdaşda 38 yaşlı Ə.Qədirov velosiped sürərkən yıxılaraq ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdaş rayonu Aşağı Ləki kəndinin ərazisində baş verib.

O, xəstəxanaya aparılarkən yolda ölüb. Ə. Qədirovun epilepsiya xəstəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.