Apellyasiya məhkəməsi kollegiyasının sədri müvafiq kollegiyanın iclaslarına sədrlik edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
O, kollegiyanın işinin təşkili və fəaliyyətinə rəhbərlik edir.
Kollegiya daxilində iş bölgüsünün düzgün aparılmasına nəzarət edir.
Kollegiyanın səmərəli fəaliyyəti üçün zəruri tədbirlər görür.