Bakıda liseydə şagirdin güllələdiyi müəllimin vəziyyəti açıqlanıb.

Heftelik.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.

Onun vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, fevralın 6-ı “İdrak” liseyində 10-ci sinif şagirdi Ə.Ş 29 yaşlı qadın riyaziyyat müəllimini ov tüfəngi ilə vurub.