Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Heftelik.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qeyd edək ki, Cabbar Musayev bu gün Ali Məclisin sessiyasında Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib.
