Yüksək binanın tikintisinə investisiya qoyuluşu mərhələsindən başlayaraq geotexniki ekspert qiymətləndirmə aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.

Bu qiymətləndirmədə geodinamik, texnogen, seysmik və meteohidrogeoloji proseslər nəzərə alınır. Hesabat binanın yerləşdirilməsi və tikinti meydançasının yararlığı barədə yekun nəticə verir. Tövsiyələr bünövrələrin möhkəmləndirilməsi və mövcud şəbəkələrin köçürülməsini də əhatə edir.