Sifarişçi istəyərsə, binalar video və audio müşahidə, mühafizə siqnalötürücü sistem və sürətli internetlə təchiz oluna bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.

Peyk televiziyası, mini avtomat-telefon qurğuları və mobil şəbəkə siqnalları təminatı mümkündür. Havanın avtomatlaşdırılmış kondisiyalaşdırma sistemi də layihəyə daxil edilə bilər. Avtonom hesablama şəbəkələri və digər informasiya ötürmə düyünləri də quraşdırıla bilər.