Birinci oxunuşda qəbul edilmiş qanun layihəsinə dair təklif və iradları aparıcı komitə öyrənir və ümumiləşdirir.
Heftelik.az-ın məlumatına görə, bu, Milli Məclisin Daxili Nizamnaməsində əksini tapıb.
Komitə dəyişikliklərin Konstitusiyaya və qanunvericilik normalarına uyğunluğunu müəyyən etmək üçün ekspertiza təyin edə bilər.
Uyğunsuzluq müəyyən edilərsə, dəyişiklik müəllifinə xəbər verilir və müzakirədə düzəliş edə bilər.
