Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsinin fəaliyyət istiqamətləri müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Bu məhkəmə birinci instansiya kimi cinayət işlərinə baxır.
Məhkəmə statistikasının təhlili və məhkəmə təcrübəsinin ümumiləşdirilməsi də onun səlahiyyətlərinə daxildir.
Digər səlahiyyətlər qanunvericiliyə uyğun həyata keçirilir.