İnsan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslərin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Narkoloji xidmət və nəzarət haqqında” qanunda əksini tapıb.
İş ailə üzvlərinin və ya müvafiq icra hakimiyyəti orqanının ərizəsi əsasında qaldırılır. Məhkəmə prosesi Mülki prosessual Məcəlləyə uyğun aparılır. Məhdud fəaliyyət qabiliyyəti şəxsin davranışları və təhlükəliliyi ilə əlaqələndirilir.
