
Azadlıqdan məhrum etmə cəzası çəkən narkoloji xəstələr də tibbi yardım almaq hüququna malikdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Narkoloji xidmət və nəzarət haqqında” qanunda əksini tapıb.
Həbsdəki xəstələr abstinent sindromu vəziyyətində digər şəxslərdən ayrı saxlanılır. Onlar təhlükəsiz və nəzarətli şəraitdə müalicə alır. Məqsəd həm hüquqlarını qorumaq, həm də reabilitasiyanı təmin etməkdir.
