Narkoloji nəzarət insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə hallarının qarşısının alınması üçün inzibati və xəbərdaredici tədbirlərdən ibarətdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Narkoloji xidmət və nəzarət haqqında” qanunda əksini tapıb.

Bu nəzarət sistemli olaraq xəstələrin və risk qruplarının izlənməsini təmin edir. Məqsəd narkoloji xəstəliklərin erkən aşkar edilməsi və qarşısının alınmasıdır. Nəzarət ictimai maarifləndirmə tədbirləri ilə də dəstəklənir.