Narkoloji xəstələrin cəmiyyətə qovuşması üçün sosial müdafiə tədbirləri mühüm rol oynayır.
Heftelik.az-ın məlumatına görə, bu, “Narkoloji xidmət və nəzarət haqqında” qanunda əksini tapıb.
Sosial tədbirlər xəstələrin və ailələrinin hüquqlarının qorunmasını, psixoloji reabilitasiyanı və digər sosial təminatları əhatə edir. Bu müddət ərzində xəstələrə digər xəstəliklərlə bağlı tibbi və sosial təminatlar da tətbiq olunur. Narkoloji xəstələrin könüllü müalicəsi əmək müqaviləsinin ləğvi üçün əsas ola bilməz.
