Samuxda evdə meyit tapılıb.

Heftelik.az APA-ya istinadən verdiyi xəbərə görə, rayon sakini 2000-ci il təvəllüdlü Ə.Ələkbərovun meyiti yaşadığı evdə aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Ölümün hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.