
Yetkinlik yaşına çatmamış və təhlükəli vəziyyət yaradan narkoloji xəstələr digər xəstələrdən ayrı yerləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Narkoloji xidmət və nəzarət haqqında” qanunda əksini tapıb.
Müalicə zamanı təhlükəsizlik tədbirləri hüquqları məhdudlaşdırmamalıdır. İnsan psixikasına təsir göstərən maddələrin istifadəsini davam etdirən xəstələr müəssisədən xaric edilə bilər. Məqsəd həm təhlükəsizliyi, həm də hüquqların qorunmasını təmin etməkdir.
