Beyləqanda yeni doğulan körpə ölüb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, körpə ölümü Beyləqan Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb. Rayonun Birinci Şahsevən kənd sakini 1996-cı il təvəllüdlü Ülviyyə Əliyevanın təbii doğuşla dünyaya gətirdiyi oğlan uşağı ölüb.
Faktla bağlı araşdırma aparılır.
