Binaların avtomatlaşdırılmış idarəetmə sistemi bir dispetçer məntəqəsindən bütün mühəndis sistemlərini idarə etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.

Sistem fövqəladə hallarda fasiləsiz işləməlidir. Telefon, radio və video-müşahidə əlaqələri fasiləsiz fəaliyyət göstərməlidir. Binanın idarəolunması üçün kommunikasiya şaxtaları odadavamlı olmalıdır.