Cinayət və ya inzibati xəta törətməyən, lakin yaxınlarına zərər yetirmiş narkoloji xəstələr barəsində məcburi tibbi tədbirlər tətbiq olunur. Heftelik.az-ın məlumatına görə, bu, “Narkoloji xidmət və nəzarət haqqında” qanunda əksini tapıb.
Bu tədbirlər uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş şəxslərə yönəldilir. Təklif olunan könüllü müalicədən imtina edən şəxslər üçün məcburi tədbirlər tətbiq edilir. Məcburi tədbirlər Mülki Prosessual Məcəlləyə uyğun həyata keçirilir.
