Əmək qabiliyyətini itirmiş narkoloji xəstələrə əlillik və sosial təminatlar verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Narkoloji xidmət və nəzarət haqqında” qanunda əksini tapıb.
Sosial təminat xəstənin səhhət vəziyyətinə uyğun müəyyən edilir. Bu tədbirlər narkoloji xəstələrin həyat keyfiyyətini artırmaq və onların cəmiyyətə reinteqrasiyasını dəstəkləmək məqsədini daşıyır. Həmçinin sağlamlıq imkanlarının məhdudluğu da nəzərə alınır.
