Narkoloji müalicə yaxın qohumların müraciəti, zədə və hüquq pozuntuları hallarında təklif olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Narkoloji xidmət və nəzarət haqqında” qanunda əksini tapıb.
Həkim ev ziyarəti zamanı mənfi təsir halları aşkar etdikdə də müalicə təklif edir. Məqsəd xəstənin və ətrafındakıların təhlükəsizliyini qorumaqdır. Müalicə yalnız tibbi və hüquqi standartlara uyğun həyata keçirilir.
