Fevralın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən xəbərə görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Gecə və səhər bəzi şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Bəzi yolların buz bağlayacağı ehtimalı var.