Paytaxtın Nərimanov rayonunda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Heftelik.az-a verilən xəbərə görə, naməlum şəxs sifariş verdiyi qızıl-zinət əşyalarını kuryer qismində ünvana çatdıran zərərçəkənə bıçaqla xəsarət yetirib və məhsulu götürərək hadisə yerindən uzaqlaşıb.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı Mehman Maqsudov müəyyən olunaraq saxlanılıb.

Onun üzərindən narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin də aşkarlanıb. M.Maqsudovun quldurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.