İnsan həyatı üçün təhlükəli üsullar yalnız dövlət müəssisələrində və xəstənin könüllü razılığı əsasında tətbiq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Narkoloji xidmət və nəzarət haqqında” qanunda əksini tapıb.

Həkim xəstəni əvvəlcədən bütün mümkün nəticələr barədə məlumatlandırmalıdır. Bu üsullar yalnız kodlaşdırma və oxşar təhlükəli prosedurları əhatə edir. Məqsəd həm müalicənin effektivliyini, həm də xəstənin təhlükəsizliyini təmin etməkdir.