Narkoloji xəstələrin cəmiyyətə qovuşması üçün müxtəlif tədbirlər həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Narkoloji xidmət və nəzarət haqqında” qanunda əksini tapıb.
Könüllü müalicə alan xəstələrə müxtəlif peşələrə yiyələnmək və işlə təmin olunmaq üçün şərait yaradılır. Həmçinin yaşayış yeri olmayan xəstələr müvəqqəti sığınacaqla təmin edilir. Ailə üzvləri üçün qarşılıqlı yardım qrupları da təşkil olunur.
